


GİRİŞ
Turnirə ödənişli və ödənişsiz formada qatıla bilərsiniz.
Ödənişli: 4 AZN ödəniş ilə kamandanızı qeydiyyatdan keçirdib şərtsiz olaraq türnirdə iştirak edə bilərsiniz. Ödənişli qeydiyyatdan keçmək üçün bura klik edin. Ödənişli qeydiyyatdan keçdikdən sonra turnir vaxtına 2-4 gün qalmış təlimatlar göndəriləcək.
Ödənişsiz: İnstagramda azepin.az səhifəsini izləyirsiniz və turnirlə bağlı posta 3 ədəd dostunuzu etiketləyirsiniz. Etiketlədiyiniz dostlarınızda səhifəni izləməlidirlər. Etiketlədiyiniz dostlarınızın oyunçu dostlarınız olmağı şərt deyil. Şansınızı artırmaq üçün daha çok dostunuzu etiketləyə bilərsiniz. Etiketlənmiş şəxsi təkrar etiketləmək qadağandır! Tanımadığınız şəxsləri etiketləmək qadağandır!
Əgər şərtlərə uyğun şərhlərin sayı boş yerlərin sayından çox olarsa iştirakçılar püşkatma yolu ilə seçiləcək.
ÜMUMİ MƏLUMAT
500 oyunçunun iştirak edəcəyi turnir yarı final və final oyunundan ibarət olacaq. Yarı final oyunu 5 oyundan ibarət olacaq və hər kamanda 1 oyun oynayacaq. Kamandalar oynadıqları oyunlarda xal sistemi ilə qiymətləndiriləcək və hər oyundan ilk 5-likdə qərarlaşan kamandalar finala vəsiqə qazanacaq. Finala vəsiqə qazanan 25 kamanda final oyununu 2 dəfə oynaycaq. Final oyununun nəticələri yarı finalda olduğu kimi xal sistemi ilə təyin ediləcək. Qaliblər yalnız iki final oyununun nəticəsi ilə təyin olunacaqdır.
MİNUMUM OYUNÇU TƏLƏBLƏRİ
- Minumum oyunçu səviyyəsi (level) – 25
- Minumum oyunçu k/d – 1.00
- Telefon və ya tablet oyunçusu (emulator olmaz)
QAYDALAR
- Oyuna qeydiyyatdan keçib iştirak etməyən kamanda və oyunçular növbəti yarışlardan 6 ay müddətində kənarlaşdırılacaq.
- 3 nəfərdən az otaqa girən kamanda və oyunçular növbəti yarışlardan 3 ay müddətində kənarlaşdırılacaq.
- Üçüncü tərəf proqramının istifadəsi halında kamanda və oyunçular növbəti yarışlardan müddətsiz kənarlaşdırılacaq.
- Bug (Glitch) istifadə edən komandalar -80 bal ilə cəzalandırılacaq.
- Sizə verilən kamanda yerində (slot) qalmadıqda otaqdan kənarlaşdırılacaqsınız.
OTAQA GİRİŞ ÜÇÜN TƏLİMAT
Oyuna otaq məlumatları ilə deyil, dəvət yolu ilə çağrılacaqsınız. Oyundan kənar qalmamaq üçün mütləq yazılanları edin.

- Qeydiyyatdan keçənlərə turnir vaxtına 2-4 gün qalmış kamandamız tərəfindən təlimatlar göndəriləcək. Təlimatları etdikdən sonra aşağıda yazılanları edin.
- Oyun vaxtına 1-6 saat qalmış EARENUM kamandası tərəfindən bütün oyunçulara dostluq təklifi gələcək. Dostluq təklifi bu hesablardan biri tərəfindən olacaq EARENUM1, EARENUM2, EARENUM3, EARENUM4, EARENUM5. Bu hesablara dostluq təklifi göndərməyin!
- Oyun saatı və otaqda üçün kamanda nömrəniz (Slot nömrəsi) whatsapp ilə göndəriləcək. Otaqda başqasının kamandasında yerləşənlər otaqdan kənarlaşdırılacaq.
- Sizə göndərilən oyun saatından 20 dəqiqə əvvəl oyuna daxil olun və lobidə gözləyin, heç bir kamandanın tərkibində olmayın.
- Oyun saatına kimi sizə otaqa dəvət göndəriləcək.
XAL SİSTEMİ
MÜKAFATLAR

125 kamandanın iştirak edə biləcəyi turnirimiz yarıfinal və final oyunlarından ibarət olacaq. Yarıfinal oyunu 5 oyundan ibarətdir və hər kamanda yarıfinalda bir oyun oynayacaqdır. Kamandalar oynadıqları oyunlar xal sistemi ilə qiymətləndiriləcək və hər oyundan ilk 5-likdə qərarlaşan kamandalar finala vəsiqə qazanacaq. Finala vəsiqə qazanan 25 kamanda final oyununu 2 dəfə oynaycaq. Final oyununun nəticələri yarı finalda olduğu kimi xal sistemi ilə təyin ediləcək. Qaliblər yalnız iki final oyununun nəticəsi ilə təyin olunacaqdır.








